Salyanda yol qəzasında ölənlərin sayı dörd nəfərə çatıb.
Hafta.az xəbər verir ki, hadisə zamanı xəsarət alan, rayonun Şorsulu kənd sakini, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Salyan rayonunda baş verən yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb.
Hafta.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan biri həkimlərin səyinə baxmayaraq həyatını itirib.
Ölənlər rayonun Şorsulu kənd sakinləri Əhmədov Elnur Faiq oğlu, Qasımov İlkin Qismət oğlu və Qasımov Nizami Həsənağa oğludur. Yaralılar isə Hümbətov Əlifağa Elsevər oğlu, Məmmədova Rəhmiyyə Rəhman qızı və Əsədov Vüqar Tahir oğludur.
***
Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Hafta.az xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, "Prado" markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.